Daphne Caruana Galizia öldürmәkdә ittiham olunan üç nәfәrә qarşı toplanan dәlillәrә cümә axşamı günü hakim Magistrate Donatella Frendo Dimech baxış keçirәcәk.
Maltada jurnalist Daphne Caruana Galizianı öldürmәkdә ittiham olunan 3 nәfәr cümә axşamı mәhkәmәyә çıxarılacaq. Polis cinayәtlә bağlı dәlillәri mәhkәmәyә tәqdim edәcәk.
George Degiorgio, qardaşı Alfred Degiorgio vә Vince Muscat 16 noyabrda jurnalisti öldürmәkdә ittiham olunur. Caruana Galizia avtomobilinә yerlәşdirilәn bombanın partlamasından sonra dünyasını dәyişmişdi. İttiham olunan şәxslәr keçәn hәftә mınzillәrindә basqın nәticәsindә hәbs olunublar. Polis 10 nәfәri saxlamışdı. Bir neçә nәfәr zaminlik hesabına sәrbәst buraxılıb.
Degiorgios ve Muscat ciddi polis müşayәti ilә hәbs ediliblәr. Bu şәxslәr ittihamları rәdd edir.
Hakim Frendo Dimech mәhkәmәyә tәqdim olunan dәlillәrlә tanış olub qәrar qәbul edәcәk.
Paytaxt Vallettada mәhkәmәnin 4-cü gün olması, işin hәssaslığı vә ittiham olunan şәxslәrin keçmiş cәzalarının çoxluğu sәbәbindәn tәhlükәsizliyin yüksәk olması gözlәnilir.
Qeyd etmək lazımdır ki, qətlə yetirilmiş jurnalisy Əliyev ailəsi ilə Maltanın Baş naziri Muskat ailəsi arasında olan korrupsiya əlaqələrini üzə çıxarmaqla böyük ajiotaj yaratmışdı.
azadliq.info
Oxunub: 504