2017-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,3 faiz üstələyərək 30,9 milyard manata bərabər olmuşdur. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Ticarət dövriyyəsinin 15 milyard 623,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 milyard 239,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-noyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 2,7 faiz üstələmişdir.
Oxunub: 92