Respublikaçı Alternativ Partiyasının təsis qurultayı Müsavat Partiyasının Bakıdakı mərkəzi qərargahında keçiriləcək. Qurultay dekabrın 17-nə təyin olunub.
Partiya Respublikaçı Alternativ (REAL) Hərəkatının bazasında yaradılır. Təsis qurultayı oktyabr ayından bəri Bakı meriyasının, başqa dövlət təşkilatlarının və özəl qurumların yer ayırmaması səbəbindən bir neçə dəfə təxirə düşüb.
2008-ci ildən fəaliyyət göstərən REAL Hərəkatında partiya quruculuğu üzrə təşkilat komitəsi 2016-cı ilin martında elan olunub.
REAL-ın lideri İlqar Məmmədov 2013-cü ildən həbsdədir.
(novator.az)
Oxunub: 496