Dekabrın 15-i Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal-13” internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Məhkəmə hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutub.
Məhkəmədə çıxış edən Əziz Orucovun vəkilləri, ona bəraət istəyiblər.
Daha sonra Ə.Orucov son sözlə çıxış edib. O da çıxışında ittihamları qəbul etmədiyini, barəsində bəarət hökmünün çıxarılmasını istəyib.
Hökmü elan etmək üçün müşavirəyə gedən hakimlər, müşavirədən döndükdən sonra hökm oxuyublar.
Məhkəmənin qərarına əsasən Əziz Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib. (Abzas.net)
Oxunub: 472