İordan çayının qərb sahilində və Qəzza zolağında İsrailin təhlükəsizlik qüvvələri ilə qarşıdurmalarda 2 fələstinli ölüb, 263-ü xəsarət alıb.
Bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat verib.
“Ümumilikdə, 13 nəfər döyüş, 47 nəfər rezin güllələrdən xəsarət alıb, 177 nəfər isə gözyaşardıcı qazdan zəhərlənib”, – Fələstin Qızıl Ay Cəmiyyətinin mətbuat katibi Erab əl-Fukah bildirib.
Oxunub: 230