Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 6 802,3 min ton neft hasil edib.
Bu həcmin 604 min tonu noyabr ayındakı hasilatın payına düşüb.
Hesabat dövründə Azərbaycan üzrə neft hasilatının ümumi həcmi 35,326 mln. ton təşkil edib. Noyabr ayında isə ölkədə 3,174 mln. ton neft hasil olunub.
Oxunub: 158