Qətlə yetirilmiş maltalı jurnalistin əri Peter Caruana Galizia bu gün məhkəmədə ifadə verib. Onun həyat yoldaşı ona bildiribmiş ki, FİAU-nun içərisindəki xəbər qaynağının dediyinə görə Keith Schembri Pilatus Bankı və digər xüsusi bankları araşdırmamaları üçün FİAU-ya tez-tez zənglər edirmiş.
Bu gün səhər Peter Caruana Galizia ailəsi tərəfindən başladılan, hökumət naziri Justine Caruana’nın əri Silvio Valletta’nın Daphne Caruana Galizia sui-qəsdini araşdıran aparıcı müstəntiq vəzifəsindən çıxarılmasını tələb edən məhkəmə prosesində ifadə verib.
Sui-qəsd qurbanının ailəsi iddia edir ki, siyasətə qarışmış biri olaraq, Silvio Valetta həyat yoldaşı ilə birlikdə işləyən və
Daphne Caruana Galizia sui-qəsdinin sifarişinə rəvac verən şəxslərin kimliyinin açıqlanmasında maraqların toqquşması yaşanır.
FİAU hər hansı bir xarici müdaxiləyə məhəl qoymadan müstəqil fəaliyyət göstərən, verdiyi hesabatlarla pulların yuyulma cinayətləri ilə bağlı polis təqibini və istintaqını hərəkətə keçirən, pulların yuyulması ilə mübarizə aparan araşdırma qurumu hesab olunur.
FİAU-nın fəaliyyətinə hər hansı bir siyasi şəxs tərəfindən, xüsusilə də Baş nazirin işçi heyətində olan biri tərəfindən edilən müdaxilə istintaq orqanlarının müstəqilliyinin və qaydaların ciddi şəkildə pozulmasıdır. Keith Schembri’nin FİAU-nın Pilatus Bankı araşdırmasının qarşısını almaq cəhdi isə ikiqat önəm daşıyır, çünki FİAU-nın gizlədilmiş və sonradan ortaya çıxmış sənədləri Keith Schembrinin Pilatus Bank-da hesablarının olduğunu göstərir ki, bu hesablarda da Nexia BT-dən Brian Tonna’dan pasport satışından əldə olunan vəsaitlər saxlanılır.
Qanunsuz ödəmələrin göstərildiyi gizlədilmiş FİAU hesabatları müxalifət lideri Simon Busuttil tərəfindən aşkara çıxarılıb. Iddia olunur ki, polis Keith Schembri-nin Pilatus Bankda bank hesabının olub olmadığına və bu hesablardakı depozitlərin qeyri-qanuni ödəmələrdən ibarət olduğuna dair heç bir araşdırma aparmayıb.
Caruana Galizia ailəsinin başlatdığı Konstitusiya məhkəmə prosesini hakim Silvio Meli aparır.
Qeyd etmək lazımdır ki, Pilatus bankın depozitlərinin 60 faizi Kəmaləddin Heydərova, Leyla və Heydər Əliyevə məxsusdur. Bu faktı qətlə yetirilmiş jurnalist aşkara çıxarmışdı.
azadliq.info
Oxunub: 430