Mətbuatda xəbər verildiyinə görə Göyçayda 9 saylı şəhər məktəbinin direktoru Akif Qəribov qanunsuz pul tələblərinə görə rəhbərlik etdiyi məktəbin qarşısında damarlarını kəsərək intihara cəhd edib.
Göyçayda yerli mənbələr deyirlər ki, məktəb direktorundan icra başçısı Mehdi Səlimzadə pul tələb edir və polislə hədələyirmiş. Direktor Akif Qəribov xəstəxanadadır və vəziyəti ağır olaraq qalır.
Dünən isə Göyçayın Çayarxı kəndində məktəb direktoru Mübariz Şamilov da özünü asaraq intihar edib. Rəsmi xəbərlərdə onun infarktdan öldüyünü bildirilir, amma qohumlarının dediyinə görə direktor qanunsuz pul tələblərinə və hədə- qorxuya davam gətirməyərək özünü öldürüb.
Azadliq.info
.
Oxunub: 440