Dağlıq Qarabağa səyahət etdiyinə görə Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil olunan və bundan sonra Belarusda saxlanaraq Azərbaycana ekstradisiya edilən bloqçu Aleksandr Lapşin bu hadisələr barədə BBC Azərbaycanca ilə danışıb.
Rusiya, İsrail və Ukrayna vətəndaşı olan bloqçu prezident İlham Əliyev tərəfindən əfvi barədə də danışıb.
Cənab Lapşin yalnız Belarusda bir dəfə İsrail diplomatlarının tövsiyəsilə İlham Əliyeva ünvanladığı məktubda bloqunda yazdığı təhqiramiz sözlərinə görə üzr istədiyini deyib. O, Azərbaycan hökumətinin bildirdiyi kimi, buraxılması üçün əfv məktubu yazmadığını iddia edir.
Bloqer həmçinin özünü asması barədə xəbərləri rədd edərək, kamerasında “maskalı adamlar” tərəfindən boğulduğunu iddia edir.
Oxunub: 746