ABŞ Ukraynaya müdafiə təyinatlı silahların verilməsinə dair qərar qəbul edib.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert bəyan edib.
“Əvvəllər də bildirdiyimiz kimi , yardım sırf müdafiə xarakteri daşıyır. Biz daim bəyan etmişik ki, Ukrayna suveren dövlət kimi özünü müdafiə etmək hüququna malikdir”, deyə ABŞ rəsmisi qeyd edib. H.Nauert əlavə təfərrüatları açıqlamayıb.
Məlumatda həmçinin bildirilib ki, ABŞ Ukraynanın şərqində münaqişənin həlli üçün Minsk sazişlərinə sadiqdir.
Oxunub: 126