“Son 9 ildə əmək pensiyalarının orta aylıq məbləği 6,8 dəfə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 7,7 dəfə artıb”.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd olunub.
Nazir bildirib ki, 2006-cı il yanvarın 1-dən 2017-ci ilin 1 oktyabr tarixinədək əmək pensiyalarının orta aylıq məbləği 6,8 dəfə artaraq 204 manata, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 7,7 dəfə artaraq 228 manata yüksəlib”.
Nazir Səlim Müslümovun pensiya sahəsində vəziyyətin yaxşı olmasını sübut etmək üçün hər cür varianta əl atması göz qabağındadır. 11 il ərzində pensiyaların orta aylıq məbləğinin dəfələrlə artmasından danışan nazir dəfələrlə olan inflyasiyadan danışmayıb, iki dəfə keçirilmiş soyğunçu devalvasiyadan danışmaylb.
Səlim Müslümovun “elə ağ yalan danış ki, inanmaya bilməsinlər” prinsipini əldə rəhbər tutması onun rəhbəri qarşısında mövqeyini nə qədər gücləndirsə də, bunun ağır vəziyyətdə olan pensiyaçılara heç bir faydasının olmayacağı gün kimi aydındır.
Oxunub: 474