İqtisadçı Nemət Əliyev Azərbaycandakı iqtisadi vəziyyəti bir-neçə MDB ölkəsi ilə müqayisə edib:
“Neftlə, qazla zəngin olmağımıza baxmayaraq yarıtmaz idarəçilik ölkəmizi elə hala salıb ki, sosial-iqtisadi göstəriciləri nəinki Pribaltika Respublikaları ilə, heç qonşu Gürcüstanla belə müqayisəyə gətirmək olmur. Hətta Belarus, Qazaxıstan, Rusiya ilə müqayisədə də çox geriyə düşmüşük.
Bu ilin yanvar-noyabr aylarında real əmək haqqı Belarusda 4,3% artdığı halda, bizdə bu göstərici 7% azalıb. Hətta ABŞ və Avropanın sanksiyaları ilə küncə sıxışdırılan qonşu Rusiyada real əmək haqqı göstəricisi 3,2% yaxşılaşıb.
Əsas kapitala investisiya qoyuluşu üzrə bu üç ölkənin hər biri müsbət trend nümayiş etdirib. Lakin ölkəmizdə əlverişsiz investisiya mühiti investisiya göstəricisinin ötən ilə nəzərən bu il daha da pisləşməsi ilə nəticələnib.
Rusiya və Qazaxıstan da neft-qaz ölkəsidir. Ancaq sənaye istehsalı bu ölkələrdə (hətta Belarusda) artdığı halda, Azərbaycan sənayesi hələ də tənəzzül etməkdədir.
Rusiya, Qazaxıstan və Belarusda da qiymətlər ötən ilə nəzərən artıb, lakin bizdə bahalaşma daha sürətli və daha miqyaslı olub.
Rusiya, Belarus və Qazaxıstan idarəçiliyi bu ölkələri ötən ilə nəzərən bir az da olsa, irəli apara bilib. Lakin Azərbaycan idarəçiliyi ölkəmizi geriyə atıb: ötən ilə nəzərən həm iqtisadiyyatımız kiçilib, həm də əhalinin həyat səviyyəsi pisləşib.”
Azadliq.info
Oxunub: 530