Nərimanov Polis İdarəsindən verilən məlumata görə, Rəhim Qazıyevə 10 sutka inzibati həbs cəzası verilib və Rəhim Qazıyev hazırda Binəqədi RPİ-nin müvəqqəti saxlama təcridxanasına aparılıb.
Bu barədə məlumatı Əvəz Zeynallı fb profilində paylaşıb.
***
«Dekabrın 26-da vəkil Zibeydə Sadıqova ilə müqavilə imzaladıqdan sonra Rəhim Qazıyevin axtarışına başladıq. İlk əvvəl onun dekabrın 25-də saxlandığı deyilən Nərimanov Rayon Polis İdarəsinin 17 saylı Polis Bölməsinə gəldik».
Bunu «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı Azadlig.org-a bildirib. Onun deməsinə görə, adıçəkilən polis bölməsindən R.Qazıyevin Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparıldığını deyiblər.
Baş redaktor deyir ki, bundan sonra şəhər polisinə gediblər:
«Bakı Şəhər Baş Polis İdarəsində isə dedilər ki, sizə səhv məlumat veriblər, ümumiyyətlə, bura elə bir şəxs gətirilməyib. Odur ki, axtarışları davam etdiririk».
Azadliq radiosu dəfələrlə cəhd etsə də, bütün bunlarla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən münasibət ala bilməyib.
***
Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyevi polis saxlayıb.
Bu barədə olke.az-a onun qardaşı Rahab Qazıyev məlumat verib. Onun sözlərinə görə, qardaşı Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub.
Bölmənin növbətçi hissəsindən polis mayoru Çingiz Səfərov Rəhim Qazıyevin saxlanılmasını keçmiş müdafizə nazirinin ailə üzvlərinə təsdiq edib və bidirib ki, sabah saat 10-na kimi bölmədə saxlanılacaq.
R.Qazıyevin hansı səbəbdən saxlanılması barədə isə heç bir məlumat verilməyib.
Oxunub: 2152