İranda ötən ilin dekabrında Məşhəd şəhərində başlamış və sonra da digər şəhərlərə yayılmış etiraz aksiyaları səngimək bilmir.
Dövlət rəsmilərinin dünən etirazların bitməsi haqqında raportun tamamilə əsassız olduğunu etirazçılar bu gün sübut ediblər.
Ölkənin müxtəlif şəhərlərində etirazlar nəinki davam edib, hətta ciddi toqquşmalarla müşayiət olunub. Bəlucistanda, Tehranda, Urmiyada, Sənəndəc şəhərində, İsfahan vilayətinin müxtəlif şəhərlərində, Şirmanşahda güclü etiraz aksiyaları keçirilib.
İranın paytaxtı Tehranda keçirilən aksiya şiddətli toqquşmaya çevrilib. Bu ana qədər əldə etdiyimiz videolar vəziyyətin gərginliyinin daha da artdığını göstərir.
Tehran, Azadlıq xiyabanı
Urmiyada etirazlar
Azadliq.info
Oxunub: 2230