Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2017-ci ilin dekabr ayı ərzində valyuta hərraclarında satılan dolların məbləği açıqlanıb.
ARDNF-dən yayılan məlumata görə, 584.8 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu da noyabrla müqayisədə 2,8 dəfə çox dolların satılması deməkdir.
Ümumilikdə, 2017-ci ilin 12 ayı ərzində ARDNF valyuta hərraclarında 3 milrd 598,12 mln. dollar satıb.
Xatırladaq ki, ARDNF , yanvarda $285, martda $250, fevralda $258.4, apreldə $220.8, mayda $300.3, iyunda $373.2, iyulda $253,2, avqustda $292,6 və sentyabrda $252,2 oktyabrda 318,7 milyon və noyabrda 208,9 mln. ABŞ dolları satmışdı .
Oxunub: 304