Qubad İbadoğlu, iqtisadçı alim
Azərbaycan Respublikası Dövlət Neft Fondunun açıqlamasına görə, Fond yalnız ötən ilin dekabr ayı ərzində valyuta hərraclarında 584.8 milyon ABŞ dolları məbləğində vəsait satıb ki, bu da noyabrla müqayisədə 2,8 dəfə çoxdur.
Bununla əlaqədar olaraq, 2 məqamı diqqətinizə çatdırmaq istərdim. Birincisi, əvvəldən proqnozlaşdırdığımız kimi dekabr ayında valyuta bazarında gərginlik qeydə alınıb. İkincisi, əgər həqiqətən də liberal üzən valyuta rejimi ilə bazar tənzimlənirsə onda dollara tələbat artanda manat niyə dəyərdən düşmür?Deməli, 1 ABŞ dolları 1,7 Azərbaycan manatı hələ də gerçək bazar məzənnəsi deyil, tənzimlənən və təyin olunan kursdur. Gerçək məzənnə yalnız bazar qüvvələrinin iştirakı ilə tələb və təklif əsasında formalaşa bilər. Ona da Mərkəzi Bank, Maliyyə Nazirliyi və Dövlət Neft Fondunun da təmsil olunduğu Maliyyə Sabitliyi Şurası imkan vermir.
Oxunub: 142