Ötən ilin noyabrında ölkədəki bankların müştərilərə verdiyi kreditlərin həcmi azalıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya görə ötən ilin noyabr ayının 30-na bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 780,2 mln. manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 72,7 mln. manat və ya 0,62% artım deməkdir.
Ümumiyyətlə, ötən ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 4 mlrd. 158,1 mln. manat və ya 26,09% azalıb.
Oxunub: 106