Son 5 ilin ən populyar adlarının siyahısı tərtib edilib. İlk sırada Yusif adı gəlir. 2013-2017-ci illərdə Azərbaycanda doğulmuş 14665 uşağa Yusif adı verilib.
Zəhra adı ikinci yerdə dayanır. Son 5 ildə 13719 uşaq Zəhra adı alıb.
Populyar 10-luqda sonrakı ardıcıllıq belədir:
Hüseyn – 10110 uşaq
Əli – 9920
Nuray – 9755
Fatimə – 8831
Zeynəb – 7303
Aylin – 7119
Ömər – 6941
Məhəmməd – 6180.
Ədliyyə Nazirliyinin rəsmi saytındakı statistikaya görə, 2017-ci ildə doğulmuş qız uşaqlarına verilən ən populyar ad Zəhra olub. Bu ad 2775 qıza qoyulub. Ən çox qoyulan 10 oğlan adı içində Yusif üstün gəlib – 2936 uşaq.
Azərbaycan əhalisinin sayı 2017-ci il noyabrın 1-nə 9,8 milyon nəfərə çatıb. Əhalinin 49,9 faizi kişi, 50,1 faizi qadındır. Ötən ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 120 min 35 doğulan körpə qeydə alıb. Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi qızdır. (Novator.az)
Oxunub: 212