Yanvarın 8-də Nəsimi Rayon Məhkəməsində iki xalq artistinin – aktyor Ramiz Məlikov və aktrisa Məleykə Əsədovanın işinə baxılıb. Onlar bir-birinə qarşı 500 minlik iddia qaldırıblar. Hər ikisi iddia edir ki, qarşı tərəf onu təhqir edib.
Öncə məhkəməyə M.Əsədova üz tutub. R.Məlikovun müsahibəsində onun şərəf və ləyaqətini alçaltdığını iddia edən aktrisa həmkarından 200 min manat təzminat tələb edib.
Bu məsələyə Nəsimi Rayon Məhkəməsində baxılarkən Ramiz Məlikov da qarşılıqlı iddia qaldırıb. O da eyni əsasla həmkarından 300 min manat təzminat tələb edib.
Yanvarın 8-də hakim Natəvan Tağıyeva iddialardan heç birinin təmin olunmadığını açıqlayıb. Qərar hər iki tərəfi narazı salıb.
M.Əsədovanın vəkili Tağı Hüseynov deyir ki, qərardan apellyasiya şikayəti verəcəklər. Üstəlik, Ramiz Məlikovun cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəmədə ayrıca xüsusi ittiham qaydasında da iddia qaldıracaqlar.
Azadliq.info
Oxunub: 428