Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Əli Həsənov yanvarın 8-də Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas ilə görüşüb.
Ə.Həsənov Avropa İttifaqı tərəfindən ölkədə fəaliyyəti dövründə məcburi köçkünlər üçün hər biri 200 yığma evdən ibarət 16 fin qəsəbəsinin salınmasını xatırladıb: “O zaman Azərbaycan hökumətinin iqtisadi baxımdan heç bir imkanı yox idi. Əgər bu humanitar təşkilatlar o vaxt ölkəyə gəlməsəydilər, ölkədə humanitar fəlakət yaranardı”.
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri
K.Yankauskas məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrə səfər etməyi və gələcəkdə onlar arasında müvafiq inkişaf layihələrinin həyata keçirilməsini nəzərdə tutduqlarını bildirib.
Oxunub: 224