“Ölkəmizin ən istedadlı, yüksək təhsilli, mübariz gənclərindən biri, AXCP Xətai rayon şöbәsi Gənclər Komitəsinin sədri Fuad Əhmədli öz doğum gününü növbəti dəfə məhbəsdə qeyd edəcək. Fuad bəyin 28 yaşı tamam olur. Yeri gəlmişkən, Əbülfəz Elçibəy hakimiyyətilə ata-oğul Əliyevlər hakimiyyətini müqayisə edənlər unutmasın ki, Elçibəyin hakimiyyətdə olduğu zaman bir nəfər də olsun nə gənc, nə yaşlı siyasi məhbus var idi. Əbülfəz Elçibəy 28 yaşlı gənci dövlət katibi təyin etmişdi. İndiki hakimiyyət də yüksək təhsilli, təşkilat bacarıqlı, Vətəni üçün çalışmaq istəyən 28 yaşlı gənci şərləyib həbsxanaya salıb. Həm də şərlənib həbs edilən təkcə Fuad Əhmədli deyil, yüzlərlə vətənsevər, istedadlı insan sülalə hakimiyyəti üçün təhlükəli hesab olunub, girov götürülüb.
Hörmətli Fuad bəy, ad günün mübarək! Sənə uzun ömür, can sağlığı, xoşbəxtlik arzulayıram. Tezliklə azadlığa çıxıb, Vətən üçün faydalı işlər görə bilməyini arzu edirәm! Allah sənin də, bütün şərlənərək həbs olunan siyasi məhbusların da qapısını açsın!”
Oxunub: 34