Yanvar ayının qaz sərfiyyatı ötən ilin dekabr ayına sənədləşdirilir
Bir həftədən çoxdur ki, Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin (MQKS) əməkdaşları Mingəçevir şəhəri üzrə abonentləri bir qədər kobud desək, “qazlamaqla” məşğuldur. Sakinlərin sözlərinə görə, “Azəriqaz” əməkdaşları sayğacları yoxladıqdan sonra qəbzin üzərində bir həftə, on gün öncənin tarixini qeyd edirlər. Abonentlərin 7 yanvar 2018-ci il tarixədək sərf etdikləri təbii qaz ötən ilin 30 dekabr tarixinə sənədləşdirilir. Belədə qaz sərfiyyatı 10 qəpikdən deyil, limiti keçmiş kimi 20 qəpikdən hesablanır.
Qaz nəzarətçiləri göstərişin rəhbərlikdən gəldiyini bildirərək hər hansı şərh verməkdən boyun qaçırıblar.
Təəssüf ki, istehlakçıların şikayətləri ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin Ağdaş MQKS-dən münasibət öyrənmək cəhdlərimiz uğursuzluqla nəticələnib.
Azər
Oxunub: 104