Hesablama Palatasının dövlət büdcəsinə verdiyi son rəydə 2 maraqlı fakt var.
Birincisi, hökumətin zəmanəti ilə alınmış daxili borcların həcmi 15.6 milyard manat olsa da, büdcə sənədində daxili borclar cəmi 302.9 mln. manat göstərilir – yəni realda olandan 50 dəfə az.
İkinici fakt odur ki, qanunvericiliyə görə, dövlət şirkət və müəssisələrinin zəmanətlə aldıqları borcları özləri qaytara bilmədiyi halda, Borclar üzrə Təminat Fondu qaytarmalı, Təminat Fondunda pul olmadıqda isə dövlət büdcəsi Fonda pul ayırmalıdır (dövlət borcu haqqında qanunun 14-cü maddəsi). Sonda isə şirkətlərin əvəzindən ödənən pulları büdcəyə geri qayıtmır. Kimlərinsə məsuliyyətsiz və korrupsioner davranışlarının bədəlini büdcə ödəyir.
Bunu borcgötürənlər də yaxşı blir, ona görə arxalarını dövlətin puluna rahatlıqla söykəyirlər.
Hesablama Palatası yazır ki, 2018 ci ildə 292.5 mln. manat vəsaitin dövlət müəssisələrinin adından ödəməsi nəzərdə tutulur və bu vəsaitin geri qayıtmamaq riski böyükdür.
Yaxşı ki, büdcə xalq üçün anlaşılan və peşəkar dildə cəmiyyətə açıqlanmır…
Oxunub: 46