Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirilir.
Vəkillər Kollegiyası ilə birlikdə keçirilən imtahan saat 11:00-da başlayıb və Bakı şəhərində 4 binada təşkil olunub.
İmtahanın idarə olunmasına 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb olunub. İmtahanda iştirak edən nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan zallarında namizədlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan vaxtının düzgün idarə olunması üçün hər bir zal saatla təmin olunub. İmtahan binalarının girişlərində buraxılış rejiminin operativliyinin təmin edilməsi və imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi üçün “barkod-skaner”lər quraşdırılıb.
İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Vəkillər Kollegiyası əməkdaşlarının iştirakı ilə baxış keçirilib və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil verilib.
Qeyd edək ki(report,) imtahanda iştirak etmək üçün 1964 namizəd qeydiyyatdan keçib. İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunub.
Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.
Bugünkü imtahanla bağlı vəkil Fariz Namazlı Facebook statusunda müraciət paylaşıb. O, Vəkillər Kollegiyasına üzv olmaq istəyənlərə uğurlar arzulamaqla yanaşı, onları ədalətli olmağa peşələrinə xəyanət etməməyə səsləyib: “Bu gün Vəkillər Kollegiyasına üzv qəbul edilmək üçün imtahandır. İmtahan verən namizədlərə uğurlar. İmtahanları uğurla keçən şəxslər, çalışın istintaq orqanının, məhkəmənın çaldığı havaya oynamayın, mənliyinizi, vicdanınızı, əqidənizi onlara satmayın, onlardan pul almayın, istintaqda çıxdığınız işlərdə iştirak etmədiyiniz istintaq hərəkəti protokollarına imza atmayın, işgəncə hallarına göz yummayın, təyinat işlərində müqaviləli işlərdəki kimi müdafiə işini həyata keçirin. Sonra sizə 20 manatlıq “paykovoy vəkil” statusu verməsinlər”.
azadliq.info
Oxunub: 120