Şabran rayonu ərazisində yanmış kişi meyiti tapılıb. Cəsəd Bakı-Quba yolunun kənarında aşkar edilib. 40-50 yaşlarında olan şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.
Meyitin fotoları yayılıb və tanıyanlardan xahiş olunur ki, Daxili İşlər Nazirliyinin 102 xidmətinə, yaxud Şabran rayon Polis Şöbəsinə (02335) 3-23-05 nömrəsinə zəng edərək məlumat versinlər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxunub: 468