Nüfuzlu “Standard&Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi 2019-2021-ci illərdə manatın dollara qarşı ucuzlaşacağını proqnozlaşdırır.
“Marja” xəbər verir ki, Agentliyin proqnozlarına görə, 2018-ci ildə Dolların məzənnəsi orta hesabla 1,70 manat təşkil edəcək.
Agentliyin analitiklərinin qiymətləndirmələrinə əsasən, 2019-cu ildən etibarən dolların manata nisbətən məzənnəsində artım müşahidə olunacaq. Xüsusilə 2019-cu ildə orta məzənnənin 1,79 manata, 2020-ci ildə 1,87 manata, 2021-ci ildə 1,97 manata səviyyəsinə qalxacağı proqnozlaşdırılır.
Oxunub: 1108