AGBank” ASC 2016-cı ilin birinci yarısında nizamnamə kapitalını 77.2 milyon manat artıraraq 102,2 milyon manata çatdırmışdı. Həmin vaxt bank bu hadisəni geniş reklam etmiş, “AGBank”ın devalvasiyalara görə yaranmış çətin vəziyyətdən xilas olacağı şəklində təqdim edilmişdi.
Dünən “AGBank” 2017-ci ilin yekunu üzrə maliyyə hesabatlarını açıqladı. Hesabatlardan məlum olur ki, Bankın səhmdarları yenidən pul tapmaq məcburiyyətindədirlər. Bankın kapitalı tələb olunan səviyyədən (50 milyon manat) də aşağı düşüb.
“AgBank” 2016-cı ildə 35 milyon 630 min manat zərər etməsinin ardından, 2017-ci ildə də 6 milyon 688 min manat zərər edib. Nəticədə “AgBank”ın yığılmış cəmi zərəri 67 milyon 178 min manata qalxıb. Yığılmış zərər Bankın 102 milyon 200 min manatlıq nizamnamə kapitalının böyük hissəsini silib. Bankın xüsusi kapitalı 41 milyon 881 min manata, cəmi balans kapitalı isə 47 milyon 174 min manata düşüb.
Oxunub: 244