ABŞ sanksiyalarının yekun məqsədi “düşmənçilik fəaliyyəti” ilə məşğul olan Rusiya hakimiyyətinin gəlir əldə etməsinin qarşısını almaqdır.
Bu barədə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib.
“Yekun məqsəd – Rusiya hökumətinin əldə etdiyi mühüm gəlirin qarşısını almaqdır”, – deyə amerikalı diplomat bildirib.
Onun sözlərinə görə, ABŞ bununla Rusiyanın xərcləri və Ukraynaya dair düşmənçilik fəaliyyəti ilə məşğul olduğunu xatırlatmaq niyyətindədir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2017-ci ilin avqustun 2-də Rusiya, İran və KXDR-ə qarşı yönəlmiş “ABŞ-ın düşmənlərinə sanksiyalar vasitəsilə təsir edilməsi” haqqında qanunu (CAATSA) imzalayıb.
Qanuna əsasən, Rusiyanın müdafiə, yaxud kəşfiyyat sektoru müəssisələri ilə yüksək məbləğdə sazişlər bağlayan xarici şirkət və şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.
Qanun yanvarın 29-dan icra olunmağa başlayıb.
(apa)
Oxunub: 410