Bu gün səhərdən Azərbaycan telekanalları ekrandan itib
Ölkə başçısı İlham Əliyev Azərbaycanda növbədənkənar prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.
Növbədənkənar seçki ilə bağlı qərar gözlənilmədən bu gecə verilib. Aprelin 11-nə təyin olunan növbədənkənar seçkinin keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına tapşırıq vrilib: “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin”.
Ölkә başçısının bu gözlәnilmәz qәrarı onun hakimiyyәt üçün mümkün xoşagәlmәz hadisәlәri qabaqlamaq istәyi kimi görünür. Buraya hәm ölkə daxilindә vәziyyәtin getdikcә pislәşmәsi vә etirazların payızadәk böyüyә bilәcәyi, hәm dә beynəlxalq səviyyədə baş verənlər, o cümlədən Rusiya amili daxildir. Tәsadüfi deyil ki, növbәdәnkәnar seçki Rusiyadakı seçkidәn tәxminәn 20 gün sonraya elan edilib. Görünür, hakimiyyәt әsas dayağı saydığı Rusiyada Qərbin təzyiqləri nəticəsində vəziyyətin pisləşəcəyindən, Putinin zəifləyəcəyindən ehtiyat edir. Eləcə də Azərbaycan hakimiyyətinin özünə qarşı beynəlxalq münaibətin daha da pisləşəcəyi və sanksiyaların işə düşə biləcəyi də nəzərə alınmamış deyil…
Yeri gәlmişkәn, maraqlıdır ki, axşam belə bir qərar verilib, səhərdən bütün AzTV-lər bağlanıb, heç bir telekanal göstərmir, siqnal belə yoxdur.
Oxunub: 4830