2017-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri üzrə gəlirlilik (qızıl nəzərə alınmadan) 2016-cı ildə qeydə alınmış 1,92%-ə qarşı 1,88% təşkil edib. Bu barədə fonddan məlumat verilib.
2017-ci ilin yekunları üzrə ARDNF-in aktivləri üzrə gəlirlilik qızıl nəzərə alınmaqla 2,32% (2016-cı ildə 2,15%) təşkil edib.
Hesabat ilində istiqrazlar və pul bazarı alətləri üzrə gəlirlilik 0,65%, səhmlər üzrə 1,01%, daşınmaz əmlak üzrə 0,22%, qızıl üzrə 0,44% təşkil edib.
Xəbər verildiyi kimi, 31 dekabr 2017-ci il tarixinə fondun aktivləri 35 mlrd. 806,5 mln., dollar nvestisiya portfeli 35 mlrd. 799,9 mln dollar təşkil edib.
Oxunub: 210