Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Vəkillər Kollegiyasının sədri Anar Bağırov Kollegiyanın fəaliyyəti barədə məlumat verib, iclas iştirakçılarını sonuncu yazılı test imtahanının nəticələri barədə statistik məlumatlarla tanış edib. İmtahanın nəticələrini mübahisələndirən bir sıra şəxsin Dövlət İmtahan Mərkəzində keçirilmiş apelyasiyası barədə məlumat verib.
607 namizədin uğurla keçdiyi yazılı test mərhələsini Rəyasət Heyəti ümumən müsbət qiymətləndirilib.
Sonra sədr növbəti – şifahi imtahan mərhələsinin başlanma tarixi ilə bağlı təkliflə çıxış edib. Qərara alınıb ki, şifahi imtahan mərhələsinə mart ayının 1-dən etibarən başlanılsın.
Daha sonra bir neçə namizədin vəkilliyə qəbul məsələsi, hüquq məsləhətxanasına təhkim olunmuş vəkilin fərdi qaydada fəaliyyət göstərməsi barədə müraciəti müzakirə olunub, bəzi vəkillərin mükafatlandırılması məsələsinə, habelə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.
Oxunub: 36































