Dostum Qənimət Zahidi 55 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.
Qənimət bəy Qarabağ savaşına ilk gedən könüllülərdən biri olaraq əsl vətənpərvərdir. Qənimət bəy Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə ilk qoşulanlardan, bu mübarizəni təşkil edənlərdən biri olaraq əsl istiqlalçıdır. Qənimət bəy 30 ilə yaxın bir dövrdə ölkəmizdə azad sözün, azad mətbuatın ən görkəmli təmsilçilərindən biridir. Heç şübhəsiz ki, o, ölkəmizin ən istedadlı yazarlarından biri, mənim fikrimcə birincisidir. Ölkəmizin azad jurnalistika məktəbi olmuş “Azadlıq” qəzeti uzun illər daha çox onun sayəsində ayaqda qalıb. Hazırda xalqımızın informasiya blokadasını məhz onun yaratdığı Turan TV və “Azərbaycan saatı” proqramı uğurla dağıtmaqdadır. Qənimət bəy ideyalarına, əqidəsinə sadiq böyük məfkurə adamıdır. O, rejimin həbsxana sınağından da alnıaçıq çıxmış, yenilməz bir şəxsiyyətdir. Mühacirətdə heç bir dəstək olmadan, təkbaşına bu qədər işi görə bilmiş olduqca bacarıqlı bir insan, ölkəmizdə avtoritar rejimə qarşı dirənişin əsas təşkilatçılarından biridir.
Qənimət bəy yaxşı dost, yaxşı ailə başçısı, fədakar vətənsevərdir. Həyatını xalqının azadlıq və ədalətə qovuşmasına həsr etmiş dostumu yubileyi münasibətilə bir daha təbrik edirəm. Ona uzun ömür, can sağlığı, xoşbəxtlik və bütün arzularına qovuşmasını arzulayıram.
Oxunub: 450