İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar fevralın 10-da Dəməşq yaxınlığında Suriya və İranın 12 hərbi obyektinə zərbə endirib.
Bu barədə məlumatı İsrail ordusunun mətbuat katibi Yonatan Konrikus verib.
Suriya KİV-in məlumatına əsasən, hava zərbəsi endirilən obyektlərdən birinin Suriya mühafizə qoşunlarının 104-cü briqadasının olduğu bildirilib.
Qeyd edək ki, fevralın 10-da gecə saatlarında İsrailin İrana məxsus pilotsuz uçan aparatı (PUA) ələ keçirdiyi və Suriya ərazisinə havadan zərbələr endirdiyinə dair məlumat yayılmışdı.
Oxunub: 794