Afrində keçirilən “Zeytun budağı” əməliyyatı zamanı Türkiyəyə məxsus hərbi helikopter vurulub. Helikopterin hər iki pilotu həyatını itirib.
Sədri olduğu Ədalət və İnkişaf Partiyasının İstanbul əyalət təşkilatının toplantısında bu barədə danışan prezident Rəcəb Tayyib Ərdoğan belə halların olacağını nəzərə aldıqlarını deyib. “Təbii, bunlar olacaq. Biz müharibənin içindəyik. İtkimiz də olacaq. Bizim bir helokopterimiz vuruldusa, bunun əvəzini onlar qat-qat ödəyəcək”, – deyə o, vurğulayıb.
Oxunub: 364