Azərbaycanda daha 3 nəfər intiharla həyatına son qoyub.
İntiharlardan biri Göygöl rayonunda baş verib. Rayon sakini Məsimova Salatın Əşrəf qızı özünü yaşadığı evdə asaraq intihar edib.
Daha bir intihar hadisəsi Xaçmazda qeydə alınıb. Şəhər sakini, 1982-ci il təvəllüdlü Səxavət Alik oğlu Cəbrayılov özünü işlədiyi mağazada asaraq intihar edib. S. Cəbrayılov ailəli olub, iki övladı var. İntiharın səbəbi məlum deyil.
Qazaxda isə bir neçə gün qabaq intihara cəhd edən şəxs xəstəxanada ölüb. Rayonun Ağköynək kənd sakini, 1992-ci il təvəllüdlü Elçin Elşən oğlu İsgəndərov fevralın 3-də özünü rayon ərazisindən keçən suvarma kanalına atıb. Xəstəxanaya yerləşdirilən E. İsgəndərov fevralın 11-də orada ölüb.
Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
fevralın 3-də
Oxunub: 276