Araşdırmaçı jurnalist Xədicə İsmayılın anası Elmira İsmayılova bu gün Türkiyədə əməliyyat olunub. Ölkədən çıxışına qoyulmuş qadağa səbəbindən jurnalist anasının yanında ola bilməyib.
X.İsmayıl bununla bağlı fikirlərini bölüşüb. Jurnalist yazır:
“Ən çətin günlərimdə anam mənə dəstək olub. Bu gün isə onun çətin günüdür. Bu gün o, Türkiyədə xərçəngə görə əməliyyat olunur. Mən isə onun yanında ola bilmirəm. Çünki ölkədən çıxışıma qadağa qoyulub. İlham Əliyev tənqidlərinə görə bundan məni cəzalandırmaq üçün istifadə edir.
Azərbaycandakı korrupsiyalaşmış səhiyyə sistemi ona diaqnoz qoya bilmədi və biz xaricdə tibbi xidmət axtarmalı olduq.
Mənim anam ölkədən çıxışıma olan qadağanın məhz bu məsələyə görə aradan qaldırılmasını xahiş eləməyi mənə qadağan etmişdi. Mən məhkəmədən tələb etmişəm, xahiş yox.
Mən indi anamın yanında deyiləm, amma o, xoşbəxtdir. Çünki mən onun ləyaqət standartlarına uyğun yaşayıram.
Anam yaxşılaşacaq və biz daha güclü, dəyərlərlə yaşamağa daha çox inamlı şəkildə bu çətin günləri keçəcəyik”.
Azadlıq.info
Oxunub: 784