Mərdəkan Mədəniyyət Mərkəzinin bədii rəhbəri və direktor müavini Kamran İsrafilov vəfat edib.
Bu barədə Bakı Şəhəri Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib. K.İsrafilov fevralın 12-də səhər saatlarında beyninə qan sızma (insult) nəticəsində dünyasını dəyişib.
39 yaşlı K.İsrafilov bir müddət İctimai Televiziyada uşaqlar üçün verilişin aparıcısı olub. Kamran İsrafilov Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda UNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə “Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib.
Oxunub: 514