Deputat mühacirləri nədə ittiham edir?
Azərbaycan hakimiyyəti hələ də “nə əkərsən, onu da biçərsən” deyimini qəbul edə bilməyib. Elə bilirlər ki, bunların bütün anti-insani, repressiv, şəxsi maraqlara söykənən əməlləri hər yerə təqdir edilməlidir və zülmə məruz qalmış adamlar hökumətə təzim etməlidir. Amma reallıq da göstərir ki, heç kimin pis əməlləri cavabsız qalmır və hamı haqq etdiyi cavabı alır.
Bugünlərdə bir qrup Azərbaycanlı mühacir Berlində Azərbaycan hökuməti əleyhinə aksiya keçirib və şüar səsləndiriblər. Ümumiyyətlə, belə ksiyalar müxtəlif Avropa paytaxtlarında tez-tez təşkil olunur və YAP hakimiyyətinin əməlləri dünyaya tanıdılır.
Sonuncu aksiyada isə daha çox insan iştirak etdi və sərt şüarlar səsləndirildi. Təbii ki, belə aksiyalar hökumətin xoşuna gəlmir. Bu dəfəki aksiyaya millət vəkili Adil İsmayılov münasibət bildirib və bu şəxsləri Azrəbaycanı gözdən salmaqda ittiham edib.
“Mübarizəni kişi kimi apararlar. Siyasi mübarizəni normal qəbul edirəm, harda seçki varsa, orda müxtəlif siyasi qütblərin mübarizəsi də var. Ancaq təhqiramiz ifadələr heç kimə başucalığı gətirmir. Olmaz belə! Ağlınızı başınıza yığın! Bəziləriniz burada quzu balası kimiydiniz, elə ki, Avropaya köçdünüz, “əjdahaya” dönmüsünüz, hamıya ağıl qoymağa çalışırsınız, xoşunuz gəlmədiyi insanları təhqir edirsiniz, əlinizə meqafon alıb özünüz kimi 3-4 nəfərlə Azərbaycanın səfirlikləri qarşısında bağırırsınız. Azərbaycan prezidenti ilə Berlində, Parisdə mübarizə aparmaqdansa, torpaqlarımızı işğal edən Ermənistan prezidenti ilə mübarizə aparın, onun şəklini ayaqyolundan asın, asfalta şəklini vurun! Budur əsl vətənpərvərlik”- deyə Adil İsmayılov bildirib.
Əlbəttə, kimisə təhqir etmək bəyənilən deyil. Əlbəttə, mübarizəni kişi kimi aparmaq lazımdı. Amma sual meydana çıxır ki, millət vəkilinin belə həyəcanlı reaksiyası niyə yalnız hökumət hədəf seçiləndə ortaya çıxır? Axı bu hakimiyyət heç vaxt kişi kimi mübarizə aparmayıb. Əgər aksiyada sərt şüarlar səsləndirilibsə, bunun da günahkarı hakimiyyətdir. Çünki, hakimiyyət həmin şəxslərlə ən iyrənc formada mübarizə aparıb.
İnsanları şərləyib həbs etmək, müxalifətçiləri yaxınlarıyla şantaj etmək, adamlara qohumlarından imtina ərizəsi yazdırmaq, siyasi mənsubiyyətinə görə insnaları işdən çıxarmaq, telekanallarda ləyaqətli insanlara çamur atmaq, bir qadının çantasına pul atıb şərləmək kişi mübarizəsidir?
Adil Əliyevi neçə illərdi fərqli düşüncə sahiblərinə divan tutulmasını görmürmü, 150- dən artıq şəxsin sifarişlə həbs olunduğundan xəbərsizdirmi? Mühacirələrdən vətənpərvərlik tələb edən deputat, təmsil olunduğu komandanın anti-vətənpərvərlik fəaliyyətindən xəbərsizdi?
Qarabağ qazsini intihar həddinə çatdırmaq, şəhid ailələrinin “qan pulu” nu mənimsəmək, aprel qazsindən 20 min manatını əlində almaq, şəhid ailəsini komada yaşatmaq, erməni kiləslərinə pulsuz qaz vermək, ermənipərəst ölkələrdə xeyriyyə tədbirləri keçirmək vətənpərvərlikdi?
Azərbaycanın adını “qara siyahı”lara salan xaricdəki mühacirlər deyil, acgöz məmurlardı. Həmin mühacirələr öz ölkəsindən didərgin salınmış adamlardı. Bu ölkədə hüquqi müstəvidə öz hüquqlarını bərpa edə bilməyib, Avropaya pənah aparmış adamlardı.
Bir an belə rəqiblərinə qarşı dürüst mübarizə aparmamış adamların, başqalarından kişi kimi mübarizə tələb etməsi absurddur. Ermənistanla mübarizə aparmaq üçün isə hökumətin “lazım”ının gəlməsi lazımdır. YAP hakimiyyəti Qarabağı Ermənistana hədiyyə etmiş Rusiyaya təzimi dayandrısın, sonra insnaalrdan Ermənistanal mübarizə aparmağı tələb edərsiz. Uğurlu aprel döyüşlərini dayandıran, düşmənə nəfəslik verən və “Ermənistanın xahişi ilə müharibəni dayandırdıq” etirafını edən bu hakimiyyətdir.
Ona görə də belə məqamlarda hökumət sözçülərinin susmağı məsləhətdi.
Samir
Oxunub: 1350