Ötən ilin sentyabrından vəkillər Fəxrəddin Mehdiyev və Aqil Layicov 13 saylı Cəzaçəkmə müəssisəsinə buraxılmırdı. Həmin CÇM-də məhbus həyatı yaşayan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə görüşə şərait yaradılmırdı.
Fevralın 12-də vəkil Aqil Layicov yenidən 13 saylı Cəzaçəkmə müəssisəsinə getsə də, ona keçmiş bankirlə görüş imkanı verilməyib. Bu barədə azadliq.info-ya vəkil özü məlumat verib. “Dörd aydan artıqdır ki, bu problem davam edir. Yenə də heç bir əsas gətirmədən müvəkkilimlə görüşə buraxılmadım. Əvvəllər mənə və digər həmkarım Fəxrəddin Mehdiyevə görüşə imkan verilməməsi üçün rəsmi cavab verilməsə də, biz bunu Baş Prokurorluğun barəmizdə olan şikayəti ilə əlaqəli olduğunu düşünürdük. Artıq bu məsələ də demək olarki bitib. Heç bir əsas olmadan Fəxrəddin Mehdiyevin bir illik vəkillik fəaliyyətinə xitam verilib, mənə isə töhmət elan olunub. Ümid edirdim ki, bu “cəzalnma”dan sonra görüşə şərait yaradılar. Amma əfsus ki, yenə Cəzaçəkmə müəssisəsinə buraxılmadım. Sabah Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə yenidən məktubla müraciət edəcəyəm”,- deyə vəkil bildirib.
Azadliq.info
Oxunub: 126