Amerikada yaşayan həmyerlimiz Emin Aslan Rusiyanın Azərbaycana olan mənfi təsirləri ilə bağlı fikirlərini feysbukda bölüşüb.
“Bir amerikanlı ev yoldaşım var. Bunun qardaşı rus qadınla evlidi. Deyir, qadının özü yox, amma onun anası ilə söhbət edəndə məni dəhşət bürüyür, soruşuram niyə, deyir çünki heç bir dəyərə inanmır və heç nəyi ciddiyə almır, nihilistdir, hər şeyə ağlasığmaz şübhə və konspiraloji yanaşır. Mən onla heç cür söhbət edə bilmirəm. 🙂
Belə baxanda, əgər azərbaycanlıların 180 il Rusiyanın iqtisadi, siyasi, mədəni təsirində olmasını nəzə alsaq, bütöv bir dünya görüşümüzdə rus düşüncəsinin təsiri və irsi çox dərin qatlara işləyib. İndinin özündə də, biz bu təsirin çox ciddi əzabını çəkirik. Nəzərə alsaq, Rusiya heç bir zaman normal dövlət qura bilməyib, bizim də uğursuzluğumuzun qismən səbəbi bu irsdən (legacy) qaynaqlanır.
Məsələn, bədii ədəbiyyat və yazıçılarımızın “hərşeyşünas” olması, intellektual (ziyalı) qrupun əksərən bu zümrə hesab olunması da rus irsinin çox zərərli məhsuludur.
Fərziyyəm budur ki, oxuduğum tarix, bədii kitablara və ümumi xəbərlərə əsaslanaraq, Rusiya özü uzun müddət fransız təsirində olub, bu özünü ən kəskin formada bədii ədəbiyyatda göstərib. Maraqlı budur ki, Fransanın özünün çox ciddi sosialoji və fəlsəfi məktəbi olsa da amma bu “nədənsə” Rusiyaya ayaq aça bilməyib, açsa da, müstəqil düşüncə axını kimi özünə yer edə bilməyib. Səbəb? Məncə Rusiyanın despotik qruluşu ilə bağlıdır. Ədəbiyyat icazə verilən sahə olub Rusiyada (Sovetdə də), çünki siyasi zərərsiz sayılırdı. Sosialogiya və fəlsəfə isə artıq dövlət, cəmiyyət və sair kimi fenomenlərlə ciddi məşğul olduğundan, alternativ idarəçiliklərə, fərqli dövlət və cəmiyyət konseptlərinə vurğu etdiyindən Rusiyada “arzuolunmaz” sahəllər olaraq qalır, ona görə də düz əmməli inkişaf etmir. Daha dəqiq, bu sahələr həmişə dövlət nəzarətində olan və birbaşa dövlətin müəyyən etdiyi akademik müstəvidən, diskurdan kənar çıxa bilmir. Bizdə də, təxmini eynidir, sadəcə keyfiyyət Rusiyadan aşağıdır, bu da anlaşılandır, kolonialar mərkəzdən heç zaman üstün ola bilməzdi. Yəni, bu keyfiyyətsizliyin özünün də obyektiv səbəbi var, günah “bizimkilərin” aşağı insan olmasında deyil (bunu ona gör deyirəm ki, belə düşünün bir xeyli səfehlər var aramızda).
İndi nə etməli? Heç nə, bu irsdən canımızı qurtarmalıyıq, bu bəlanın kökün kəsməliyik, cəmiyyət olaraq üzü başqa ölkələrə və onların təhsilinə üz tutmalıyıq (onlar ölkəyə gətirməliyik). Hazırda, əslində bu proses gedir, sadəcə çox ləngdir, hökümətimiz də bu məsələyə nəyinki yatırım etmir, hətta onun qarşısını bacardıqca alır. Çünki eyni irsin daşıyıcısıdır, təmizlənmə vaxt aparacaq.
P.S Post-sovet ölkələrindən qismən Qazağıstan (məhkəmə sistemində islahatlarına baxın, Britaniyadan hakim gətirməyə qədər söhbəti günişləndiriblər, əlifba islahataı da aparmağa balşayıblar), bir az daha çox Gürcüstan və Ukrayna anlayıb. Canının qurtarmağa çalışır. Biz 90-larda buna çox ciddi cəhd etdik, amma sonra xeyli gerilədik. İndiki latın əlifbasında qalmağımızın, azərbaycan dilinə vurğu edilməsinin qismən səbəbi o illərdə yatır. İki illik cumhuriyyət irsinin də bu məsələdə çox ciddi rolu var.
P.s.s Bütün bu siyasi lağlağılıq, heç nəyi ciddiyə almamaq, nihilizim də bu irsdən xəbər verir. Məni Rusiya ilə bağlı ən çox əsəbləşdirən, onların siyasi anekdotları olub, ağıllı və gülməli görsənsə də, son dərəcə zərərli bir trend”.
Oxunub: 396