Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinin xəstələndiyini bildirib.
“Soyuqlayıb, amma işini davam etdirir”, – deyə Peskov qeyd edib.
Bu gün Rusiya prezidenti Soçidə “Rusiya liderləri” müsabiqəsinin finalçıları ilə görüşüb. Tədbirin açılışı zamanı Putin sakit danışdığına görə üzr istəyib.
“Mən üzr istəyirəm, səsim batıb”, – deyə dövlət başçısı üzrxahlıq edib.
Oxunub: 188