Azərbaycanda Grand Prix təşkilatçıları Formula 1 ilə mövcud kontraktı uzatmaqdan ötrü onun tamamilə təkmilləşdirilməsini istəyirlər.
Bakı 2016-cı ildən Formula 1 keçirir. Amma builki yarışmadan sonra tərəflər arasında danışıqlar aparılacaq. Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov TASS agentliyinə deyib ki, kontrakt uzadılmamışdam şərtlərin yaxşılaşdırılmasını istəyirlər.
“Grand Prix-dən üç ay sonra Formula 1 rəhbərliyinə kontraktı 2025-ci ilədək uzadıb uzatmamaq barədə qərarımızı bildirməliyik”, – nazir söyləyib.
“Hamı anlayır ki, mövcud kontrakt qəbuledilməzdir. Məncə, Formula 1-in yeni rəhbərliyi də bunu anlayır. Bir sıra kommersiya şərtləri, sponsorluq haqları, ödədiyimiz qiymətdən danışırıq”, – Azad Rəhimov deyib.
“Amma fikrimcə, həm özümüz, həm də Formula 1 rəhbərliyi yarışmanın burada keçirilməsini istəyirik”, – nazir vurğulayıb (azadliq.org).
Oxunub: 288