2017-ci ildə Rusiya Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarlarla 900 milyon rubldan çox təzminat ödəyib. Bu hesabatı fevralın 13-də Ədliyyə Nazirliyi yayıb.
Rusiyanın hər il Avropa İnsan Hüquqları Məhkəməsində orta hesabla 500 milyon rubl həcmində cərimələndiyi xəbər verilir.
Bir müddət əvvəl açıqlanan statistikaya görə, Avropa İnsan Hüquqları Məhkəməsi 2017-ci ildə ən çox Rusiya dövlətini cəzalandırıb: Avropa Məhkəməsi ölkəyə qarşı 293 qərar çıxarıb.
İkinci yerdə 99 qərarla Türkiyə, üçüncü yerdə 82 qərarla Ukrayna gəlir.
Məhkəmənin 2017-ci ildə Azərbaycana qarşı 24 qərar çıxardığı bəyan edilib.
Moldovaya qarşı 12, Ermənistana qarşı 11, Gürcüstana qarşı 9 qərar qəbul edilib.
Avropa İnsan Hüquqları Məhkəməsinin Litvaya qarşı 14, Latviyaya qarşı 12, Estoniyaya qarşı 1 qərarı olub(novator.az).
Oxunub: 224