Mİlli Şuranın sədri, professor Cəmil Həsənli
Azərbaycan rəsmiləri Luka Volentaya Milan məhkəməsinin “bəraət” verməsi ilə bağlı revanş götürüb. Bu yaxınlarda Azərbaycanın AŞPA nümayəndə heyətinin üzvlüyündən azad edilmiş Elxan Süleymanovdan başqa Milan məhkəməsinin qərarınından kiminsə xəbəri varmı, kimsə bu qərarı görübmü?
Nə yazılıb o qərarda?
Yazılıb ki, Luka Volenta Azərbaycan rəsmilərindən pul almayıb? Ya aldığı pul rüşvət deyil, fitrədir? Çünki indi rüşvətin xristian məzhəbundən olan vəzifəli şəxslərə, deputatlara, keçmiş siyasətçilərə fitrə formasında verilməsinin fəziləti daha böyük, siyasi “səvabı” daha müstəcəbdir. Əvvəla bu Luka müəllim özü mətbuata etiraf edib ki, Azərbaycan tərəfindən iddia edilən 2 milyon 400 min avronu alıb və əvəzində bizim ölkəmizə kənd təsərrüfatı sahəsində böyük ehtiyac duyulan “məsləhət” verib.
Ölkənin Kənd Təsərrüfatı Nazirliyi isə Luka Volentanın təkzib edib ki, ümumiyyətlə dəvəçilikdən başqa ayrı bir kənd təsərrüfatı olmayan Səudi Ərəbistan istisna olmaqla heç bir xarici dövlətlə, təşkilatla, şəxslə bu “məsləhət” məsələsində danışıqlar aparmayıb və heç məsləhət də almayıb. İkincisi, Luka Volonteyə Azərbaycandakı “Baktelekom” MMC adlı telekommunikasiya şirkətinin kassasından pul köçürmələri haqqında “Danske Bank”ın qəbzləri var ortada və onlar açıqlanıb. Lap deyək Milan məhkəməsinin qərarı var, bəs bunları hara qoyacaqsınız?
Bu adam özü dəfələrlə deyib ki, Azərbaycan hökumətindən qrant alıb və həmin qrantı necə xərcləməyinin büdcəsini də elan edib. Sevinmək tezdir. Siz onun izahatını verin ki, hər sentinə Azərbaycan vətəndaşının əşhəddü ehtiyacı olan bu qədər pulu Luka Volentiyə niyə vermişiniz? Hətta olubsa belə Milan məhkəməsinin qərarı Volenta üçündür, sizin üçün deyil.
Oxunub: 864