Yaxud, statistik rəqəmlərdən tökülən sürətli geriləmə
AzTv-lər xalqı inkişaf yağışında çimizdirsə də, hökumət sözçüləri cəmiyyətdə islahat tufanı qoparsa da, müşavirələrdə inkişafdan piramida qurslar da əlahəzrət faktdan qaçmaq mümkün deyil. Tənəzzülə inkişaf ayaqqabısı geynidirb, gəzdirmək olmaz. Ən son statstik məlumatlara nəzər salsaq, ölkədə fəlakətli tendensiyanın hökm sürdüyünü görərik.
Rəsmi məlumata görə Azərbaycanda əhalinin artım tempi sürətlə aşağı düşür.
Belə ki, ötən il ölkə əhalisinin sayı 88 min 104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 9 milyon 898 min 85 nəfərə çatmışdır. Qeyd edək ki, Azərbaycan əhalisi 2011-ci ildə 124 min nəfər, 2012-ci ildə 121,4 min nəfər, 2015-ci ildə 112,6 min nəfər, 2016-cı ildə isə 104,4 min nəfər artmışdı. Beləliklə, 2011-ci ildə 121 min artım vardısa, 2017-ci ildə 88 min artım olub. Amma bu tənəzzül statistikasınnı davamı da var. 2016-cı il ilə müqayisədə ölkədə nikahların sayı 5,8% azalıb, boşanmaların sayı isə əksinə 10,8% artıb. Bəli, doğumların zalması ilə, nikahların azalması arasında bağlılıq var. Eyni zamanda doğumların azalması ilə boşanmaların çoxalması arasında da ciddi əlaqə var. nəticə etibarilə ailə modeli, “kiçik dövlət” lər dağılır və doğumlar azalır.
Diqqət etsək görərik ki, bu tənəzzül statistikaları sosial-iqtisadi vəziyyətin pisləşməsi ilə bərabər addımlayır. Yəni, bir tərəfdən qiymət artımları, işsizlik, ölümcül devalvasiyalar, keyfiyyətsiz qidalar, artan xəstəliklər, o biri tərəfdə də boşanmalar, doğuşların azalması baş verir.
Biiz hər şeyi qara rəngdə görməkdə ittiham edənlər, bu qaranlıq mənzərəyə necə aydınlıq gətirə bilərlər? Əgər Azərbaycanda əhalinin həyat şəraiti gözəldirsə, milyonlarla iş yeri açılıbsa, inkişafımız fontan vurursa bu geriləmə rəqəmlərini necə izah etmək olar?
Reallıq budur ki, milyardları oğurlamaqla həm də insanların bugünü, sabahı oğurlanıb. Anti- milli idarəçilik, “yadlara milyardlar, xalqa qəpik-quruş” siyasəti bu mənzərəni yaradıb. Zəngin ölkənin insanları elə vəziyyət salınıb ki, ailə qurmaq, dünyaya uşaq gətirmək risqli qərar hesab olunur. Bəli, 25 ildən sonra ortaya qoyulan nəticə budur ki, doğuşlar azalır, ölümlər çoxalır. Yürüdülən siyasət yaşatmağı yox, öldürməyi hədəfləyib. Amma hökumətin leksikonunda bu nəticənin adı “sabitlik”dir. Bu ölkədə doğuşların azalması da, ölümlərin çoxalması da, ailələrin dağılması da sabitlik kimi tərcümə olunur.
Bir sözlə, bizi “sabitlik” çadırı altında sakit-sakit öldürür, sakit-sakit qısırlaşdırırlar. Halbuki, bu ölkədə 130 manat əməkhaqqının olması sabitliyin ciddi pozulmasıdır. Doğuşların sürətlə azalması, ailələrin dağılması qeyri-sabitlikdən xəbər verir. Bəli, bu ölkənin sürətlə talan edilməsi həm də yüzminlərlə körpənin doğulmaması deməkdir.
İlham
Oxunub: 512