Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında bir nәfәr ov tüfәngi ilә insanlara atәş açıb.
Rusiya xәbәr agentliyi “RİA Novosti”nin bölgәdәki tәhlükәsizlik xidmәtlәrinә istinadәn verdiyi xәbәrdә Dağıstanın Kizlyar şәhәr mәrkәzindә Maslenitsa bayramını qeyd edәn insanlara şәxsiyyәti bilinmәyәn bir şәxsin “Allahü Əkbər” qışqıraraq atәş açdığı bildirilir.
Silahlı hücumdan sonra 5 nәfәrin öldüyü, 4 nәfәrin yaralandığı bildirilir. Hәlәlik hadisәnin sәbәbi ilә bağlı açıqlama verilmәyib. Hadisә ilә bağlı cinayәt işi başlanılıb.
azadliq.info
Oxunub: 344