AND təşkilatı fəal mühacirlərə qarşı repressiyaları pisləyir:
Azərbaycanda bütün yerli siyasi təşkilatların qanunsuz sayaraq boykot etdiyi növbədənkənar prezident seçkiləri elan edildikdən sonra repressiyalar daha da şiddətlənib. Azərbaycan hakimiyyəti ölkə daxilində söz azadlığını tamamilə boğduğunu, sosial şəbəkələr üzərində sərt nəzarət tətbiq etdiyinə güvənərək mühacirətdə yaşayan siyasi fəallara qarşı təzyiqlərin sınaqdan çıxarılmış üsullarını da daha şiddətlə tətbiq etməyə başlayıb.
Bu dəfə də fəal mühacirlər olan və ardıcıl bloqer fəaliyyətləri ilə fərqlənən Almaniyada yaşayan Tural Sadıqlının və Elmir Şirəliyevin, Hollandiyada yaşayan Orduxan Teymurxanın, Fransada yaşayan Məhəmməd Mirzəlinin Azərbaycandakı ailə üzvlərinə qarşı qisas əməliyyatlarına başlayıblar.
Azərbaycan hakimiyyətinin özü tabeliyində olan kütləvi informasiya vasitələrindən öz opponentlərinə qarşı mənəvi təxribat vasitəsi kimi istifadə etməkdə böyük təcrübə qazanıb. İndi isə mühacirətdə olan bloqçuların sərt tənqidlərinin qarşısını birbaşa tədbirlərlə ala bilmədiyinə görə onların ailə üzvlərini girov götürür, bununla da yalnız ölkənin sərhədləri daxilində deyil, eləcə də, bütün dünyadakı azərbaycanlıları vahimə altında saxlamağa çalışır.
AND hərəkatı hökumətin dövlət idarəçiliyi standartlarına yaraşmayan bu davranışını şiddətlə qınayır, Azərbaycan hakimiyyətini tənqidçilərinin ailə üzvlərini girov götürmək, onlara qarşı xüsusi repressiya tədbirlərini həyata keçirmək praktikasından əl çəkməyi tələb edir! AND dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Azərbaycanda baş verən bu dəhşətli qanunsuzluqlara və repressiyalara biganə qalmamağa çağırır…
AND təşkilatı
Oxunub: 836