Şəmkir rayonunda sərnişin takisi sürücüsünü qətlə yetirib.
Hadisə rayonun İrmaşlı kəndinə baş verib.
Belə ki, Şəmkirdə taksi sürücü kimi fəaliyyət göstərən rayon sakini, 1954-cu il təvəllüdlü Arif Mursəl oğlu Yusibovun avtomobilinə sərnişin qismində əyləşən, 1993-cü il təvəllüdlü İsgəndərov Ayvaz İsmayıl oğlu sürücüyə rayonun İrmaşlı kəndinə gedəcəyini deyib və maşını həmin kəndə sürdürüb. Ora çatanda sərnişinlə sürücü arasında gedişhaqqı üstündə mübahisə düşüb. Nəticədə A.İsgəndərov sürücünü bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri alan A.Yusibov yerləşdirildiyi xəstəxanada ölüb.
Hadisədən sonra A.İsgəndərəov qaçsa da, polis əməkdşları onu saxlyaraq istintaqa cəlb ediblər.
Oxunub: 226