ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının keçmiş sədri Pol Manaford və kampaniyanın əməkdaşı Riçard Geyts yeni kriminal ittihamlarla üzləşirlər.
32 maddədən ibarət olan ittihamnamədə, daha öncəki pul yuyulması və Ukrayada Rusiyapərəst siysətçilərə gördükləri iş üçün xarici agent kimi qeydiyyatdan keçməməyə əlavə olaraq, vergidən yayınma və maliyyə saxtakarlığı ittihamları daxil edilib.
Yeni ittihamlara əsasən Manafort Geytsin köməkliyi ilə gizli hesablarda olan 30 milyon dollardan çox pulun yuyulmasında iştirak edib və gizli xarici vəsait hesabına Birləşmiş Ştatlarda vergi ödəmədən lüks həyat sürüb.
Manafort və Geyts 2017-ci ilin oktyabr ayında irəli sürülən pul yuyulması və lobbiçilik ittihamlarında günahkar olmadıqarını bildirmişdilər.
Seçki kampaniyasının iki yüksək vəzifəli əməkdaşına qarşı irəli sürülən ittihamlar Tramp kampaniyasının Rusiya ilə əməkdaşlıq edib-etməməsi təhqiqatına birbaşa bağlılığı yoxdur.
Oxunub: 94