Dövlət başçısı İlham Əliyev fevralın 23-də “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” sərəncam imzalayıb.
Sərəncamla uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır.
Qeyd etmək lazımdır ki, 2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilmişdi. Bu o deməkdir ki, artım cəmi 4 və 2,5 manat təşkil edəcək.
Azadliq.info
Oxunub: 164